Dağıstanda "Asiya Ebola"sının yayılması qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Kızılyurt rayonunda Krım-Konqo hemorragik qızdırmasının (KKHQ) üç halı qeydə alınıb.
Hər üç xəstə təcili olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini sabitləşdirə biliblər və hazırda həyatları təhlükədə deyil.
KKHQ yüksək ölüm nisbətinə (10%-40%) görə olduqca təhlükəlidir. O, həmçinin kütləvi, nəzarətsiz daxili və xarici qanaxmaya səbəb olur.