Bakının bəzi ərazilərində su kəsiləcək

11:52 - 2 İyul 2026 - Xəbər

Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar 03 iyul 2026-cı il tarixində günorta saatlarınadək qeyd olunan ərazilərdə suyun verilməsində fasilə yaranacaq.

Xəbər xətti