"WhatsApp"da hər kəsin gözlədiyi yenilik: Mesaj yazmaq ...

11:07 - 1 İyul 2026 - Xəbər

"WhatsApp"a "username" yeniliyi gəlib.

"WhatsApp" istifadəçilərin telefon nömrəsi paylaşmadan ünsiyyət qura bilməsi üçün “username” (istifadəçi adı) funksiyasını təqdim edib. Yeni funksiya sayəsində istifadəçilər unikal istifadəçi adı yaradaraq digər şəxslərlə yalnız həmin ad vasitəsilə əlaqə saxlaya biləcəklər. Bu dəyişiklik məxfilik və təhlükəsizlik imkanlarını artırmağı hədəfləyir.

Bildirilir ki, yenilik mərhələli şəkildə tətbiq olunacaq və yaxın vaxtlarda bütün istifadəçilər üçün aktiv ediləcək. ///Mətbuat

Xəbər xətti