Nazir işdən çıxarılan müəllimlərin sayını AÇIQLADI

11:27 - 30 İyun 2026 - Cəmiyyət

Sertifikasiyanın hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.

Ucnoqta/az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, ümumilikdə 91 407 müəllim sertifikatlaşdırma prosesində uğur qazanıb. 

O bildirib ki, sertifikatlaşdırmanın nəticələrinə əsasən 60 818 müəllimin əməkhaqqına 10 faiz, 30 590 müəllimin əməkhaqqına isə 35 faiz əlavə olunub.

Xəbər xətti