6 avtomat, 16 tüfəng, ... - Qanunsuz silahlar aşkarlandı

10:40 - 29 İyun 2026 - ÖLKƏ İÇİ

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, iyunun 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 16 tüfəng, 1 patron darağı və 269 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti