Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəhbəri istefa verib

06:50 - 29 İyun 2026 - İDMAN

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal milli komandanın 2026-cı il Dünya Çempionatına vəsiqə qazana bilməməsindən sonra istefa verib.

Ucnoqta.az xəbər verir ki, o, bunu özünün X sosial media səhifəsində yazıb.

Səudiyyə Ərəbistanı milli komandası Uruqvayla 1-1, Kabo-Verde ilə isə 0-0 heç-heçə edib və İspaniyaya 4-0 məğlub olaraq qrupda sonuncu yerdə qərarlaşıb.

Əl-Mişal hər kəsdən üzr istəyib. 

"Hazırkı səlahiyyət müddətimi davam etdirməmək qərarına gəldim. Müəyyən edilmiş prosedur və qaydalara uyğun olaraq, yeni direktorlar şurasının seçilməsi üçün namizədliklərin açılması prosesinə başlayacağıq", - deyə o əlavə edib.

Əl-Mişal 2019-cu ildən bəri federasiyaya rəhbərlik edir.

Xəbər xətti