Gəncə Şəhər Məhkəməsində ötən il qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ucnoqta.az "Teleqraf"a istinadla xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə Kamran Əsədov ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
O, autizim xəstəsi olan övladını müalicəyə aparan kimsənin olmadığını bildirib. Bu, K.Əsədovun ev dustaqlığı ilə bağlı sayca üçüncü vəsatətidir.
Məhkəmə vəsatəti təmin etməyib. Proses şahidlərin dindirilməsi ilə davam edib.
Şahid qismində ifadə verən orta məktəb müəllimi Əfsanə Sadıqova təqsirləndirilən Gündüz Abbsovu valideyn Ramin Abdulayevlə sadəcə tanış etdiyini deyib. Onun sözlərinə görə, sonrakı gedişatdan məlumatı olmayıb.
Məhkəmədə daha bir şahid qisminə Rəşad Alıyev ifadə verib.
Növbəti məhkəmə prosesi avqust ayının 3-ü saat 15-00-a təyin edilib.