Sabah bu ərazilərdə qaz olmayacaq

18:22 - 29 İyun 2026 - ÖLKƏ İÇİ

Sabah Masallı və Astara rayonlarının bəzi yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər başa çatanadək Masallı rayonunun Hişkədərə, Astara rayonunun isə Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Xəbər xətti