İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında Fələstin HƏMAS hərəkatının yaraqlı qanadından dörd silahlı radikalı öldürdüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, İMQ-nin sözçü ofisi bu barədə məlumat yayıb.
Qeyd olunur ki, İMQ Qəzza zolağının şimalında HƏMAS-ın hərbi qanadından İsrail qoşunlarına qarşı hücumlar hazırlayan dörd terrorçunu məhv edib.
Bundan əlavə, İMQ "HƏMAS-ın İsrail qoşunlarına və mülki əhaliyə qarşı hücumlar hazırlamaq üçün istifadə etdiyi raket buraxıcılarını zərərsizləşdirib.