ABŞ federal məhkəməsi "47 Ronin" (2013) filminin rejissoru Karl Rinş Netflix yayım xidmətini fırıldaqçılıqda ittiham olunaraq 2,5 il həbs cəzasına məhkum edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, məhkəmə Rinşin 30 ay həbs cəzasına məhkum edilməsi barədə qərar verib ki, bu da ittiham tərəfinin tələb etdiyi cəzanın yarısıdır. Məhkəmə hökm çıxararkən rejissorun ruhi sağlamlıq problemləri ilə bağlı dəlilləri, o cümlədən "47 Ronin" filmində rol alan aktyor Kianu Rivzin məktubunu nəzərə alıb.