Böyük Britaniya müdafiəyə əlavə 15 milyard funt sterlinq (19,8 milyard dollar) göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz müdafiə investisiya planını təqdim edərkən bildirib.
"Dünya dəyişib, milli təhlükəsizlik iqtisadi təhlükəsizlik deməkdir. Bu gün biz müdafiə xərclərini daha da artırırıq. Hökumətin xərc prioritetlərinə baxışının bir hissəsi olaraq əlavə 15 milyard funt sterlinq maliyyələşdirməyə yönəldiləcək", - Rivz deyib.
Baş nazir Keyr Starmer bildirib ki, beləliklə, biz yeni bir rekord qoyuruq, növbəti dörd il ərzində təxminən 300 milyard funt sterlinq xərcləyirik, silahlı qüvvələrimizi və milli təhlükəsizliyimizi gücləndiririk.
Bir saat əvvəl vəd edilən müdafiə planının təqdimatı Sky News kanalı tərəfindən yayımlanır.