Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzada dörd HƏMAS yaraqlısını öldürdü

09:31 - 1 İyul 2026 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında Fələstin HƏMAS hərəkatının yaraqlı qanadından dörd silahlı radikalı öldürdüyünü açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, İMQ-nin sözçü ofisi bu barədə məlumat yayıb.

Qeyd olunur ki, İMQ Qəzza zolağının şimalında HƏMAS-ın hərbi qanadından İsrail qoşunlarına qarşı hücumlar hazırlayan dörd terrorçunu məhv edib.

Bundan əlavə, İMQ "HƏMAS-ın İsrail qoşunlarına və mülki əhaliyə qarşı hücumlar hazırlamaq üçün istifadə etdiyi raket buraxıcılarını zərərsizləşdirib.

Müəllif: Ucnoqta.az redaksiyası