Ukrayna İsveçdən 16 ədəd Gripen E qırıcı təyyarəsi alacaq.
Ucnoqta.az xəbər verir ki, prezident Volodimir Zelenski Ukrayna və İsveçin 16 ədəd "Gripen E" qırıcı təyyarəsi almaq üçün müqavilə imzaladığını açıqlayıb. Qırıcı təyyarələrin Kiyevə çatdırılması 2029-cu ildən tez başlamayacaq.
Müqavilə Zelenski ilə İsveçin müdafiə naziri Pol Consson arasında Kiyevdə keçirilən görüş zamanı imzalanıb.