Ukrayna İsveçdən 16 ədəd qırıcı təyyarə alacaq

22:54 - 30 İyun 2026 - DÜNYA

Ukrayna İsveçdən 16 ədəd Gripen E qırıcı təyyarəsi alacaq.

Ucnoqta.az xəbər verir ki, prezident Volodimir Zelenski Ukrayna və İsveçin 16 ədəd "Gripen E" qırıcı təyyarəsi almaq üçün müqavilə imzaladığını açıqlayıb. Qırıcı təyyarələrin Kiyevə çatdırılması 2029-cu ildən tez başlamayacaq.

Müqavilə Zelenski ilə İsveçin müdafiə naziri Pol Consson arasında Kiyevdə keçirilən görüş zamanı imzalanıb.

Xəbər xətti