"Barselona" məşhur oyunçusunu satdı

19:35 - 30 İyun 2026 - İDMAN

İspaniyalı futbolçu Ansu Fati karyerasını Fransa liqasında çıxış edən "Monako"da davam etdirəcək.

Ucnoqta.az bildirir ki, komandanın mətbuat xidməti bu barədə məlumat verib.

"Monako" Fatinin müqaviləsini "Barselona"dan almağa razılıq verib. Hücumçu ötən mövsüm icarə əsasında "Monako"da oynayıb. Onun yeni klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

23 yaşlı Fati "Barselona"nın gənclər sisteminin məhsuludur. Klub üçün o, müxtəlif yarışlarda 123 matçda 29 qol vurub və 10 məhsuldar ötürmə edib.
Klubla birlikdə o, iki dəfə İspaniya liqasını və Kral Kubokunu, eləcə də İspaniya Super Kubokunu qazanıb. Keçən mövsüm o, "Monako" üçün 30 oyunda 12 qol vurub.

Xəbər xətti