Lukaşenko İndoneziyaya rəsmi səfərə getdi

22:51 - 30 İyun 2026 - DÜNYA

Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə səfərindən sonra İndoneziya Respublikasına rəsmi səfərə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə bağlı olan "Pool Pervyi" Telegram kanalı məlumat yayıb.

Səfərin proqramına İndoneziya Prezidenti Prabovo Subianto ilə həm dar, həm də geniş formatda danışıqlar daxildir.

Telegram kanalının məlumatına görə, xüsusilə ticarət, iqtisadi və investisiya sahələrində münasibətlərin inkişaf perspektivlərinə, eləcə də humanitar əməkdaşlıq məsələlərinə diqqət yetiriləcək.

Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin, o cümlədən Belarus və İndoneziya arasında 2026-2030-cu illər üçün əsas əməkdaşlığın inkişaf etdirilməsi üzrə yol xəritəsinin imzalanması gözlənilir.

Xəbər xətti