Türkiyənin Antalya əyalətində turist avtobusu ilə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, qəza Güçlüköy rayonundakı dağ yolunda baş verib.
Konyadan Antalyaya turistlər daşıyan avtobus sürücüsü avtomobillə toqquşub. Hər iki nəqliyyat vasitəsi aşıb. Toqquşma nəticəsində sürücü ölüb.
Qəza ilə bağlı araşdırma başlanıb.