Üsyançılar krallığa hücum etməyə cəhd edərsə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən Ənsar Allah hərəkatının husilərinin mövqelərinə zərbə endirəcək.
Ucnoqta.az xəbər evrir ki, bu barədə koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib.
Koalisiya sözçüsü husilərin Ər-Riyada qarşı son təhdidlərini diqqəti Yəmən xalqına qarşı ciddi cinayətlərdən yayındırmaq cəhdi adlandırıb.
Əl-Malikinin sözlərinə görə, üsyançılar iqtisadi problemlərə görə məsuliyyəti başqasına yönəltməyə və Yəmən daxilində artan narazılığı gizlətməyə çalışırlar.
O, "Ənsar Allah" sülh təşəbbüslərini rədd etdiyini və Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçilik yollarına hücum etməyə davam etdiyini vurğulayıb.
General-mayor qeyd edib ki, buna görə də husilər Yəmənin həyati əhəmiyyətli infrastrukturunu, o cümlədən Hodeyda, Əs-Səlif və Ras İsa limanlarını, Səna beynəlxalq hava limanını, eləcə də elektrik stansiyalarını və sənaye obyektlərini tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoyurlar.