Leysan olacaq, çaylardan sel keçəcək

16:58 - 3 İyul 2026 - ÖLKƏ İÇİ

İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ucnoqta.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər xətti