Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidentliyi seçkilərində İsveçrəli Canni İnfantino ilə mübarizə aparacaq namizəd irəli sürmək üzərində işləyir.
Ucnoqta.az bildirir ki, bu barədə The Guardian qəzetinin jurnalisti Romain Molina sosial media səhifəsində məlumat verib.
Aprel ayında hazırkı FİFA prezidenti İnfantino yenidən seçkilərə qatılmaq niyyətində olduğunu açıqlayıb. Seçkilər 18 mart 2027-ci ildə Mərakeşdə keçiriləcək.
56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib.