Amerika Ürək Assosiasiyası ürək-damar problemlərindən qaçınmaq üçün nə yeməli olduğunuzu müəyyən edib.
Ucnoqta.az xəbər verir ki, Medikforum bu barədə məlumat verir. Onların fikirncə ürək sağlamlığını qorumaq üçün ən yaxşı qida balıqdır.
"İnsanlara həftədə ən azı iki dəfə balıq yeməyi tövsiyə edirik", - deyə Ürək-Damar Qidalanması Bölməsinin baş elmi işçisi və direktoru Alis H. Lixtenşteyn bildirib.
Ağ balığın hər porsiyasında 21 qram protein var. Balıq həmçinin ürək sağlamlığını təşviq edən omeqa-3 yağ turşularının yaxşı mənbəyidir. Lixtenşteynə görə, omeqa-3 qəbulunuzu artırmaq istəyirsinizsə, tipik reseptdə ağ balığı skumbriya və ya qızılbalıqla əvəz edin.
Balıq uzun bişirmə müddəti tələb etmir və bunu etməyin bir çox fərqli yolu var. Bişirmə üsulları və digər inqrediyentlərlə uyğunlaşma baxımından çox çevikdir.
Balığınızı yediyiniz yan yemək də böyük fərq yaradır. Təzə otlar, xüsusən də keşniş, balıqla ən yaxşı uyğun gəlir.
Avokado, soğan, sarımsaq, ananas və brokoli ilə də servis etməyə dəyər.