210 milyondan çox braziliyalını məyus etdik

12:21 - 6 İyul 2026 - İDMAN

Braziliyalı yarımmüdafiəçi Kasemiro milli komandanın Dünya Çempionatından kənarlaşdırılmasından sonra verdiyi müsahibə zamanı göz yaşlarını saxlaya bilməyib.

Ucnoqta.az bildirir ki, Caze TV bu abrədə məlumat yayıb.

 "Nəsə demək çətindir. Dünya Kubokunu qazanmaq hər bir braziliyalının uşaqlıq arzusudur. Üç şansım olub və bunu bir şərəf hesab edirəm. Mən və bütün oyunçuların burada etdikləri ilə çox fəxr edirəm. Çox çalışdıq və yaxşı işlədik. 210 milyondan çox braziliyalını məyus etdiyimizi bilirik, amma həyat davam edir. Belə anlarda sadəcə ailəmin yanında olmaq istəyirəm" - Kazemiro deyib.

Xəbər xətti