Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iyul ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 14-də ödəniləcək.
Daha sonra isə qrafikə uyğun olaraq respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.