MİQ üzrə ödəniş mərhələsinə start verildi

14:53 - 6 İyul 2026 - Xəbər

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək namizədlər üçün ödəniş prosesi başlayıb.

Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla keçirilir.

Bununla yanaşı, qanunvericiliyə uyğun olaraq bəzi kateqoriyalara aid namizədlər ödənişdən azad olunurlar. Bunlar aşağıdakılardır:

müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
şəhid ailəsinin üzvləri;
müharibə veteranları;
əlilliyi olan şəxslər;
ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Ödənişin həyata keçirilməsi qaydası, məbləği və digər zəruri məlumatlar namizədlərin şəxsi kabinetlərində yerləşdirilib. İştirakçılar prosesi həmin platforma üzərindən izləyə və ödənişi elektron qaydada həyata keçirə bilərlər.

Xəbər xətti