Pensiyaların ödəniləcəyi tarix məlum oldu

14:18 - 6 İyul 2026 - ÖLKƏ İÇİ

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iyul ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə,  pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 14-də ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xəbər xətti