Arxangelsk vilayətindəki Vaskovo hava limanına eniş etdikdən sonra An-2 təyyarəsi hərəkət edərkən xidməti nəqliyyat vasitəsinə qanadı ilə dəyib. Xəsarət alan olmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun açıqlamasında bildirilib.
Şimal-Qərb Nəqliyyat Prokurorluğu Arxangelsk vilayətində baş verən aviasiya hadisəsi ilə bağlı araşdırmaya başlayıb.
İlkin məlumatlara görə, 6 iyul 2026-cı ildə Vaskovo hava limanında göyərtəsində 12 sərnişin olan An-2 təyyarəsi perron boyunca hərəkət edərkən xidməti nəqliyyat vasitəsinə qanadı ilə dəyib.
Xəsarət alan olmayıb.