Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə çatıb

00:00 - 7 İyul 2026 - DÜNYA

24 iyunda Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3535-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) prezidenti Xorxe Rodrigez özünün Telegram kanalında təbii fəlakət nəticəsində ölənlərin və yaralananların sayını bildirib.

Hökumətin gündəlik hesabatına görə, 16740 nəfər yaralanıb, 17854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb və 856 binaya ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6462 nəfər xilas edilib, 25016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə olunub, 86794 ailəyə yardım göstərilib və zərərçəkənlərə 9603 ton ərzaq paylanıb.

Xəbər xətti