ABŞ-ın Venesuelaya yardımı 310 milyon dolları keçib

22:26 - 7 İyul 2026 - DÜNYA

ABŞ-ın zəlzələdən sonra Venesuelaya göstərdiyi yardımın məbləği 310 milyon dolları keçib.

Ucnoqta.az xəbər verir ki, ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili Con Barrett bu barədə brifinqdə jurnalistlərə bildirib.

VOZ Amerika portalının jurnalisti Vanessa Vallejo onun sözlərinə istinadən bildirib ki, "Bu günə qədər ABŞ-ın bu tədbirlərlə bağlı humanitar yardımı 310 milyon dolları keçib". Barrett əlavə edib ki, Venesuela hakimiyyəti ölkədə humanitar yardımın sürətləndirilməsi üçün ABŞ-ın "tələblərini tam şəkildə yerinə yetirir".

İyunun sonunda Dövlət Departamenti ABŞ administrasiyasının zəlzələdən sonra Venesuelaya 150 milyon dollar ayırmağı planlaşdırdığını açıqlayıb.

Xəbər xətti