Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı

09:13 - 8 İyul 2026 - HADİSƏ

Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb. 

 Hadisə ötən gecə Suqovuşan ərazisində qeydə alınıb. "Hyundai" markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.

 

İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Faktla bağlı araşdırma aparılır.///trend

Xəbər xətti