Nazir Vüqar Məmmədovu yeni vəzifəyə TƏYİN ETDİ

11:00 - 8 İyul 2026 - Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Qurban oğlu Məmmədov ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Məmmədov bu təyinatadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləyib.

Xəbər xətti