AQTA bu qərarla sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır...

12:40 - 8 İyul 2026 - İQTİSADİYYAT

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib. Mütəxəssisin sözlərinə görə, yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi "loser"ə çevirən səhvlərin təkraralanması: 
"Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!
Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq.
Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır... "

Xəbər xətti