"TikTok-da birinciyəm" - Tramp

13:13 - 8 İyul 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp iddia edir ki, onun iştirak etdiyi videolar sosial media platforması TikTok-da ən populyar məzmundur və dünya əhalisinin təxminən yarısı tərəfindən izlənilir.

Ucnoqta.az xəbər verir ki, Tramp NATO-nun baş katibi Mark Rutte ilə Ankarada keçirilən alyansın sammitinin açılış plenar iclasından əvvəl görüşündə bildirib.
"Bir neçə nəfərin TikTok-u tənqid etdiyini, TikTok-un çox pis və təhlükəli olduğunu söylədiklərini gördüm. Rəqəmlər dünən açıqlandı. TikTok-da kimin birinci olduğunu bilirsinizmi? Mən TikTok-da birinciyəm".

ABŞ prezidenti həmçinin iddia edib ki, onun iştirak etdiyi videolar 4 milyard baxış toplayıb.

Xəbər xətti