Ankara sammitinin yekun bəyannaməsində NATO liderləri Rusiyanın Avro-Atlantik birliyi üçün "uzunmüddətli təhlükə yaratdığını" bildirilir.
Ucnoqta.az xəbər verir ki, həmçinin NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayırmağı öhdələrinə götürürlər.
Bəyannamədə NATO ölkələri İrandan "Hörmüz boğazında naviqasiya azadlığına tam hörmət etməsini" tələb edirlər.
Yekun bəyannamədə NATO kollektiv müdafiə haqqında 5-ci maddəyə sadiq qaldığını bildirib.
Avropa NATO ölkələri və Kanada 2025-ci ilə qədər müdafiə xərclərinə 139 milyard dollar sərmayə qoyacaqlar.
NATO ölkələri Ankara sammitində 50 milyard dollar dəyərində yeni hərbi müqavilələr imzalayıblar.