Ucnoqta.az
www.ucnoqta.az

NATO -nun Ankara Bəyannaməsi qəbul edildi

16:41 - 8 İyul 2026 tarixində dərc olunub.

Ankara sammitinin yekun bəyannaməsində NATO liderləri Rusiyanın Avro-Atlantik birliyi üçün "uzunmüddətli təhlükə yaratdığını" bildirilir.

Ucnoqta.az xəbər verir ki, həmçinin NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayırmağı öhdələrinə götürürlər.

Bəyannamədə NATO ölkələri İrandan "Hörmüz boğazında naviqasiya azadlığına tam hörmət etməsini" tələb edirlər.

Yekun bəyannamədə NATO kollektiv müdafiə haqqında 5-ci maddəyə sadiq qaldığını bildirib.

Avropa NATO ölkələri və Kanada 2025-ci ilə qədər müdafiə xərclərinə 139 milyard dollar sərmayə qoyacaqlar.

NATO ölkələri Ankara sammitində 50 milyard dollar dəyərində yeni hərbi müqavilələr imzalayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası