Brent markalı xam neftin qiyməti 2%-dən çox düşüb.
Ucnoqta.az xəbər evrir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında sentyabr ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2%-dən çox düşüb.
Məlumata görə, Brent markalı xam neftin qiyməti barel üçün 76,35 dollara (2,14% azalma) satılırdı.
Bu arada, avqust ayı üçün WTI markalı xam neftin fyuçersləri 2,11% azalaraq barel üçün 71,97 dollara düşüb.