Fələstində parlament seçkiləri 28 noyabrda keçiriləcək

15:30 - 9 İyul 2026 - DÜNYA

Fələstin Prezidenti Mahmud Abbas parlament seçkilərinin 28 noyabr 2026-cı ildə keçirilməsi barədə fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, fərman WAFA xəbər agentliyi tərəfindən yayılıb.

Fərmanda Qüdsdə, Qərb Sahilində və Qəzza zolağında yaşayan fələstinlilər Fələstin Qanunvericilik Şurasının üzvlərini seçmək üçün azad və birbaşa parlament seçkilərində iştirak etməyə çağırılır. 

Onlarda həmçinin qeyd olunur ki, 2027-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılan prezident seçkilərinin tarixi qanuna uyğun olaraq daha sonra müəyyən ediləcək.

Xəbər xətti