Ərəbistan dənizinə düşən təyyarənin yeni hissələri aşkar edildi

15:55 - 10 İyul 2026 - DÜNYA

Pakistan Hərbi Dəniz Qüvvələri Şarjadan Karaçiyə uçan K2 Airways Boeing 737-400 yük təyyarəsindən yeni hissələr aşkar edib.

Ucnoqta.az xəbər verir ki, Dawn qəzeti bu barədə Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən məlumat yayıb.

Yük təyyarəsi çərşənbə axşamı Ərəbistan dənizi üzərində, Karaçi liman şəhərindən 250 kilometr qərbdə radarlardan itib.
PCAA-nın açıqlamasına görə, Pakistan Hərbi Dəniz Qüvvələri və Pakistan Dəniz Təhlükəsizliyi Agentliyi (PMSA) arasında Ormara limanından 100 kilometr aralıda açıq dənizdə davam edən birgə əməliyyat zamanı dəniz dibindən təyyarənin yeni qalığı tapılıb.

Bu qalıqlar qəzanın səbəbini müəyyən etmək üçün "əlavə təhlil üçün" istintaq qrupuna təhvil veriləcək.

Bəyanatda deyilir ki, ekipaj üzvlərinin axtarışı "əlaqələndirilmiş hava və dəniz resurslarından istifadə etməklə" davam edir.

Xəbər xətti