Quba-Xınalıq avtomobil yolunun 30-cu kilometrliyində dağlıq ərazidən qopan iri qaya parçaları və torpaq kütləsi hərəkət hissəsinə tökülərək nəqliyyatın hərəkətinə mane olub.
Ucnoqta.az xəbər verir ki, yerli sakinlər bildiriblər ki, son günlər yağan güclü yağışlardan sonra bu ərazidə qaya uçqunu və torpaq sürüşməsi halları daha da artıb.
Hadisədən sonra yolun açılması üçün aidiyyəti qurumun əməkdaşları və xüsusi texnika əraziyə göndərilib. Hazırda yola tökülən daş və torpaq kütləsinin təmizlənməsi istiqamətində işlər davam etdirilir.