Fransa millisinin keçmiş oyunçusu narkotik qaçaqmalçılığında ittiham olunur

07:55 - 10 İyul 2026 - DÜNYA

Fransa milli futbol komandasının keçmiş yarımmüdafiəçisi Samir Nəsri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Nəsri mütəşəkkil qrup daxilində qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı narkotik idxalı, sui-qəsd və çirkli pulların yuyulması ilə bağlı işlə əlaqədar 10 saat dindirilib. Dindirmədən sonra o, ittiham irəli sürülmədən azadlığa buraxılıb.

Nəsrinin 39 yaşı var.

Xəbər xətti