Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək boğuldu

20:55 - 10 İyul 2026 - ÖLKƏ İÇİ

Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti