Estoniya Rusiya sərhədində hərbi baza yerləşdirir

08:53 - 11 İyul 2026 - DÜNYA

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində 200 əsgər üçün hərbi baza tikməyi planlaşdırır.

Ucnoqta.az bildirir ki, bu barədə ERR milli ictimai yayımçısı məlumat verib.

"Planlaşdırılan əsas hərbi bazanı bir mərhələdə tikəcəyik. İşlər ilin sonunda başlayacaq və 2028-ci ilin yayında başa çatacaq. Bundan əlavə, Narvada konteynerlərdən istifadə edərək müvəqqəti hərbi baza yaradacağıq və tikinti 2027-ci ilin əvvəlində başa çatacaq", - Müdafiə İnvestisiyaları Mərkəzinin Layihə Portfeli Meneceri Ando Vuğma ERR-ə verdiyi müsahibədə bildirib.

Nəşrin məlumatına görə, 1-ci Piyada Briqadasının bir hissəsinin Narvada yerləşdirilməsi planlaşdırılır. Hərbi baza 1000 nəfərin yerləşməsi üçün nəzərdə tutulub, lakin təxminən 200 əsgər orada daimi xidmət edəcək.

Xəbər xətti