Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi 14 iyuldan başlayır.
Ucnoqta.az xəbər verir ki, namizədlərin şəxsi səhifələrinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatlar bu gündən göndərilib.
Qeyd edək ki, imtahanlar ölkə üzrə 23 müxtəlif şəhərdə 56 müxtəlif imtahan mərkəzində keçiriləcək.
MÜTDA direktoru Eşqi Bağırovun sözlərinə görə, cari ildə imtahanda iştirak üçün 40 mindən çox namizəd qeydə alınıb.