Şimali Banqkokda bir pabda baş verən böyük yanğında ən azı 27 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) Tayland Baş naziri Anuthin Chanvirakunun açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təcili yardım xidmətləri yanğınla bağlı məlumatların yerli vaxtla bazar ertəsi gecə yarısı gəlməyə başladığını bildirib.
Baş nazir hadisə yerindəki jurnalistlərə 27 nəfərin öldüyünü və daha bir neçə nəfərin xəstəxanaya aparıldığını təsdiqləyib. O, yanğının səbəbinin araşdırıldığını əlavə edib.