İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Əl-Mansuri şəhərində şiə təşkilatı Hizbullaha məxsus hərbi hədəflərə ən azı beş hava hücumu həyata keçirib.
Ucnoqta.az bildirir ki, bu barədə Janoubia xəbər portalı məlumat verib.
Xəbər portalının məlumatına görə, sakinlər tərəfindən tərk edilmiş bir neçə ev də bombalanıb. Vurulan ərazilərdən səmaya qalın tüstü sütunları qalxır.