İranda ABŞ-ın endirdiyi zərbə nəticəsində iki nəfər yaralanıb

12:42 - 12 İyul 2026 - DÜNYA

İranın cənub-şərqində, Kirman əyalətində rabitə qülləsinə ABŞ-ın hava hücumu nəticəsində iki nəfər yaralanıb.

Ucnoqta.az bildirir ki, bu barədə əyalət qubernatorunun müavini Rəhman Cəlali məlumat verib.

"Bu hücum zamanı Kerman əyalətinin cənubundakı dağlıq ərazidə yerləşən rabitə qülləsinə zərbə endirilib. Bu hücum nəticəsində iki nəfər yaralanıb. Xilasetmə xidmətlərinin tez bir zamanda gəlməsindən sonra qurbanlar dərhal vertolyotla tibb müəssisələrinə təxliyə edilib və hazırda lazımi yardımı alırlar", - Mehr xəbər agentliyi onun sözlərini sitat gətirib.

Xəbər xətti