Dörd ölkı İranın Ərəb ölkələrinə zərbələrini pisləyir

13:15 - 12 İyul 2026 - DÜNYA

Səudiyyə Ərəbistanı, Küveyt və Oman İranın öz ərazilərinə, eləcə də qonşu ərəb ölkələrinə zərbələrini sərt şəkildə pislədiklərini bildiriblər.

Ucnoqta.az xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi İranın hücumlarının düşmən yanaşmasını əks etdirdiyini və Küveyt Dövlətinin suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulması olduğunu vurğulayıb.

Səudiyyə Xarici İşlər Nazirliyi öz növbəsində İranın Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Oman və İordaniyaya hücumlarını pisləyib və "İranın bu qardaş ölkələrin suverenliyini pozmasını və regionun təhlükəsizliyinə və sabitliyinə davam edən təhdidi tamamilə rədd etdiyini" bir daha təkrarlayıb. Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ər-Riyad İranın "regionda qeyri-sabitlik yaradan davranışını, beynəlxalq hüquq prinsiplərini pozmasını", eləcə də təhlükəsizliyi və naviqasiya azadlığını təhdid edən ticarət gəmilərinə təkrar hücumlarını pisləyir.

Oman Xəbər Agentliyi öz növbəsində Omanın "bu cür hadisələrin qarşısını almaq üçün bütün zəruri tədbirləri gördüyünü" vurğulayıb. Agentliyin məlumatına görə, İran iyulun 12-də sultanlığın şimal hissəsindəki Musandam əyalətinə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

Xəbər xətti