Aİ Ermənistanda yeni missiyaya başladı

14:44 - 13 İyul 2026 - DÜNYA

Avropa İttifaqı Ukrayna və Moldovadakı missiyalara bənzər şəkildə Ermənistan üçün təhlükəsizlik və "hibrid təhdidlər" üzrə məsləhət missiyasının başladığını elan edib.

Ucnoqta.az xəbər evrir ki, bu barədə Aİ Şurasının açıqlamasında bildirilib.

Qeyd olunur ki, bu mülki məsləhət missiyasının məqsədi Ermənistan hakimiyyətinə ölkənin hibrid təhdidlərə və ortaya çıxan təhlükəsizlik çağırışlarına qarşı dayanıqlığını gücləndirməkdə dəstək verməkdir.

Bildirilir ki, bu missiyanın yaradılması qərarı bu ilin 21 aprelində qəbul edilib. Missiya kiber təhdidlər, xarici informasiya manipulyasiyası və müdaxiləsi və qanunsuz maliyyə axınları ilə mübarizəyə yönələcək.

Qeyd edək ki, oxşar Aİ missiyaları Ukrayna və Moldovada fəaliyyət göstərir.

Xəbər xətti