İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) Küveytdəki ABŞ hava bazalarına uğurlu zərbələr endirildiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Mehr xəbər agentliyinin məlumatına görə, İİKK-nın açıqlamasında deyilir: "Cavab əməliyyatının üçüncü mərhələsində İİKK Aerokosmik Qüvvələrinin qırıcıları Küveytin Əli Salem şəhərindəki ABŞ hava bazasında yanacaq çənlərini, Patriot hava hücumundan müdafiə sistemini və Əhməd əl-Cabir hava bazasında strateji FPS radar sistemini məhv edib".