Ucnoqta.az
www.ucnoqta.az

İran Küveytdəki bir neçə ABŞ hərbi obyektini məhv edib

07:11 - 13 İyul 2026 tarixində dərc olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) Küveytdəki ABŞ hava bazalarına uğurlu zərbələr endirildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Mehr xəbər agentliyinin məlumatına görə, İİKK-nın açıqlamasında deyilir: "Cavab əməliyyatının üçüncü mərhələsində İİKK Aerokosmik Qüvvələrinin qırıcıları Küveytin Əli Salem şəhərindəki ABŞ hava bazasında yanacaq çənlərini, Patriot hava hücumundan müdafiə sistemini və Əhməd əl-Cabir hava bazasında strateji FPS radar sistemini məhv edib".

Müəllif: Ucnoqta.az redaksiyası