Sabahdan MİQ-ə qəbul imtahanları başlayır

10:18 - 13 İyul 2026 - Cəmiyyət

14 iyuldan 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarınd stat verilir

Ucnoqta.az xəbər verir ki, sabah ilk seansda informatika, ikinci seansda isə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcəklər. 15 iyulda isə texnologiya, təsviri incəsənət, Azərbaycan dili, fiziki tərbiyə və biologiya ixtisasları üzrə imtahanlar keçiriləcək.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

Bu dəfki imtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.

Xəbər xətti